Şuşada ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.
Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa bir neçə nöqtəsində təşkil olunub.
Fləşmob iştirakçılarının iştirakı Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.
Fləşmobun videoçarxında ulu öndərin Şuşa ilə bağlı fikirləri də səsləndirilib.
İdarə tərəfindən təqdim olunan videoçarxda qeyd edilib:
“Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Şuşanın inkişafı ulu öndərin adıyla sıx bağlıdır. Belə ki, Şuşa şəhərində Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox taleyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir. Ümummilli lider Heydər Əliyev qəlblərimizdə əbədi yaşayacaq!”
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...