Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilib

Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilib
Siyasət 39

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, iclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub. Bildirilib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bildiriblər.

Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.

Son xəbərlər