Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a İdarədən məlumat verilib.
Bildirilib ki, 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisini üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissəsində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək.
Qeyd olunub ki, açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.
"Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar. Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər", - məlumatda bildirilib.
Oxşar xəbərlər
“Şuşa ili” hansı tədbirlərlə yadda qalacaq?
Dekabrın 31-də dünya azərbaycanlılarına müraciət edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yola saldığımız il ərzində həyata keçirilən tədbirlərdən...