Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, Qarabağda ciddi infrastruktur, yenidənqurma prosesi həyata keçirilir və Şuşada "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulub.
“Digər bölgələrdə də əhalinin köçməsi üçün şərait yardıldıqdan sonra bu məsələyə baxılacaq. Hazırda isə Salyan və Lənkəran şəhərlərində "Asan xidmət" mərkəzinin tikintisi davam edir. Bu ilin sonuna qədər onların istifadəsi nəzərdə tutulur”, – deyə Ü.Mehdiyev qeyd edib.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...