Şuşada 23 binadan ibarət 450 mənzilin istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
“Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin sifarişi əsasında bu ilin sonuna qədər 23 binadan ibarət 450 mənzil istifadəyə veriləcək”.
BAKU.WS xəbər verir ki, bunu report-a Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.
Onun sözlərinə görə, görülən işlərlə paralel olaraq məktəb, xəstəxana, hotel və digər iaşə obyektlərinin tikintisinə də başlanılıb:
“Xidmət olaraq şəhərdə tarixi-mədəni abidələrin qorunması, şəhəriçi yolların, parkların, xiyabanların təmizlənməsi işləri intensiv aparılır. Eyni zamanda Şuşada ağacların, kolların budanma işləri də görülür”.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...