Şuşa qalasının girişi bərpa olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada qala divarlarının girişi bərpa olunub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.
Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məşğul olub.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Arran memarlıq məktəbi üslubunda inşa edilən Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindəndir. Tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Dairəvi mühafizə bürclərinə malik qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.
Qalereya
Oxşar xəbərlər
Şuşa qalası bərpa olunur
Şuşa qalasının bərpa işlərinə başlanılıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qala divarlarının bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tapşı...