Şimali Makedoniya NATO-ya üzv oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkə oldu, bayrağı martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında qaldırılacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən yayılmış yazılı açıqlamada deyilir.
“27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq” - deyə, məlumatda qeyd olunub.
Bildirilib ki, bayraq qaldırma mərasimi rəsmi şəxslərin iştirakı ilə keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...