İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olundu
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı"nın yekun layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun bu gün keçirilən iclasında qeyd edilib.
Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı"nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Oxşar xəbərlər
Füzuli-Zəngilan dəmiryolunda aşkar edilən minaların sayı açılandı
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamı...