İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Turizmin paytaxtı Şuşa şəhəri olacaq. Şuşa ilə bağlı detallı planlarımız var”.
Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə işğaldan azad edilmiş ərazilərdə turizmin təşkili haqqında danışarkən deyib.
O bildirib ki, bu ərazilərdə yaradılacaq klasterlərlə bağlı planlar mövcuddur və işğaldan azad edilmiş ərazilərimizin potensial auditoriyasını özümüz təşkil edəcəyik:
“Bu ərazilərin 10 milyonluq daxili turizm potensialı var. Bundan başqa xaricdə yaşayan Azərbaycanın diaspor nümayəndələrinin də bölgəyə böyük marağı var, bu isə milyonlarla insan deməkdir. Onlar bizim mədəni paytaxtımız, simvolik Məkkəmizə çevrilmiş Şuşanı görmək istəyəcəklər. Eləcə də, xarici turistlərlə bağlı əlavə kommunikasiya imkanları yaranır. İran turistləri üçün Xudafərin istiqamətindən, Türkiyədən gələn turistlər üçün Naxçıvan üzərindən yeni kommunikasiya vasitələri yaranır”.
K.Quluzadə əlavə edib ki, Cəbrayıl, Füzuli və Ağdam istiqamətində spesifik “qara turizm” təşkil ediləcək:
“Bu, dağıdılmış yerlərin çılpaq göstərilməsi məqsədi daşıyır. Yəni, oradakı məhəllələr və s. dağılmış ərazilər olduğu kimi qalacaq və turistlərə nümayiş etdiriləcək”.
Sektor müdiri qeyd edib ki, Dövlət Turizm Agentliyi pandemiya dövründə qlobal turizmdə 70 faizədək geriləmə, o cümlədən Azərbaycan turizmində də durğunluq yaranmışdı, lakin vaksinasiya prosesinin həm dünyada, həm də Azərbaycanda nəticə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...