İşğalçı Ermənistan ordusunun son çırpınışları: Məhbuslar ön cəbhəyə göndərilir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq halları getdikcə artır. Çoxsaylı itkilər düşmənin hərbi gücünü daha da azaldır və canlı qüvvəsi tükənir. Erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyü Ermənistan Ordusunu daha da çıxılmaz vəziyyətə salıb.
İşğalçı orduda vəziyyət o həddə çatıb ki, artır döyüşlərə getmək üçün məhbuslardan istifadə edirlər.
BAKU.WS “sputnik armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu rəsmi şəkildə məhbusların azad edilərək Qarabağa aparıldığını etiraf edib.
Rəsmi şəkildə bildirilib ki, yenə 5 məhbus təcili olaraq azad edilib və onlar Qarabağa göndəriliblər.
Ermənistanın Baş prokurorluğu Ermənistan Ordusunun biabırçılığını ört-basdır etmək üçün həmin məhbusların guya könüllü olaraq cəbhəyə getmək istədiklərini bildirib. Vəziyyətin gərginliyini nəzərə alan qurum da “könüllü” olan şəxsləri həbsdən azad edib.
Həmçinin bildirilib ki, oktyabrın 30-da da 12 məhbus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar azad olunaraq müharibəyə göndəriliblər. Beləliklə də, ümumilikdə 21 nəfər cəzaçəkmə müəssisəsindən cəbhəyə aparılıb.
Oxşar xəbərlər
Ermənistan ordusunda xaos - Əsgərlər bir-birini güllələyib, həbs olunanlar var
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində tə...