İşğalçı erməni ordusundan ələ keçirilən zirehli texnikalar təqdim olundu - FOTO

İşğalçı erməni ordusundan ələ keçirilən zirehli texnikalar təqdim olundu - FOTO
Foto
Siyasət 2287

Bu gün N saylı hərbi hissədə jurnalistlərə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi texnikaları təqdim olunub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, düşmən öz silah-sursat və hərbi texnikasını döyüş meydanında qoyaraq qaçır:

“Hərbçilərimiz tərəfindən 20-yə yaxın işlək vəziyyətdə olan “Ural” markalı yük maşınları götürülüb. Eyni zamanda hərbçilərimiz döyüş meydanından düşmənin 3 ədəd “T-72” tankını içərisində silah-sursatla birgə götürüblər. Bu qənimətlər Cəbrayıl rayonunda ələ keçirilib.

Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan Ordusu tərəfindən Ermənistanın silahlı qüvvələrinə məxsus çoxsaylı məhv edilən və işlək vəziyyətdə olan zirehli texnika, silah-sursat mövcuddur”.

Son xəbərlər