"Şeş-Beş" artilleriya atəşinə tutuldu, ad gününü qeyd edən Roqozin yaralandı - VİDEO

Şeş-Beş artilleriya atəşinə tutuldu, ad gününü qeyd edən Roqozin yaralandı - VİDEO
Video
Siyasət 1330

"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin Donetskdə otelin atəşə tutulması zamanı yaralanıb.

BAKU.WS xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib. Məlumata görə, həyatı üçün təhlükə yoxdur.

Roqozinin köməkçisinin verdiyi məlumata görə, onu müşayiət edən şəxslər də yaralanıb.

Atəş zamanı Roqozin mehmanxananın birinci mərtəbəsindəki “Şeş-Beş” restoranında olub və 59 yaşını qeyd edirmiş. Restoranın azərbaycanlılar tərəfindən işlədildiyi deyilir. “Şeş-Beş”də Azərbaycan və İsrail mətbəxinin təamları verilirmiş.

Roqozinin köməkçisi onu da əlavə edib ki, restoran 155 millimetrlik artilleriya qurğularından atəşə tutulub.

Son xəbərlər