Bakıda şəhidlərimiz üçün bir dəqiqəlik sayğı duruşu FOTOLARDA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 12:00-da Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BAKU.WS xəbər verir ki, həmin saatda ölkənin bütün şəhər və rayonlarında insanlar yerində dayanaraq şəhidlərin ruhuna dualar oxuyub. Avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, gəmilərdən, qatarlardan siqnallar səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.
Bakıda bir dəqiqəlik sükutla bağlı çəkilən fotoları təqdim edirik.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...