Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 12-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə başladığı döyüşlərdə həlak olan hərbçilərimizdən biri də polkovnik İlqar Mirzəyev olub.
Polkovnikin qızı Gülnarə Mirzəyeva ATV telekanalına müsahibəsində atası ilə bağlı xatirələrini bölüşüb.
O, ürəyində qalan arzusundan danışıb. Deyib ki, atasından bircə istəyi var idi, amma son telefon zəngində dilinə gətirib bilməyib. Deyə bilməyib ki, “ata, səni görmək istəyirəm”.
Gülnarə atası ilə fəxr etdiyini bildirib:
“Atam dünyam idi, aldılar onu məndən. Mən onunla fəxr edirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...