Şəhid ailələri və qazilərin ehtiyacını ödəmək üçün əlimizdən gələni edəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunan diaspor nümayəndələri - Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, Avropanın tanınmış nevroloqu Məsud Aşina və hazırda Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Fondda təmsil olunmaları və fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, onlar belə bir Fondun yaradılmasından və onun fəaliyyətində yaxından iştirak edəcəklərindən qürur duyduqlarını ifadə ediblər. C.Novruzov bildirib ki, fondun üzvləri şəhid ailələri və qazilərin ehtiyacını ödəmək üçün əllərindən gələni edəcəklər.
Oxşar xəbərlər
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb - FOTO
Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-h...