İŞİD terror təşkilatı təbliğat üçün "TikTok"u seçib - FOTO
24
okt
2019
15:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İŞİD terror təşkilatı son dövrlər yeni üzv toplamaq və təbliğat aparmaq üçün "TikTok" video şəbəkəsinə müraciət edib. BAKU.WS xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. İraq və Suriyadakı əməliyyatlarda böyük itki verən İŞİD yeni üzv toplamaq üçün sosial şəbəkəyə üz tutub. Terroçular təbliğat materiallarını populyar video paylaşım saytı olan "TikTok" üzərindən gənclərə çatdırmağa çalışır. İŞİD-çilərin paylaşdığı videolar "YouTube" və digər sosial şəbəkələr tərəfindən qadağan edildiyi üçün terrorçular "TikTok"a müraciət etmək məcburiyyətində qalıb. Məsələnin ictimailəşməsindən sonra "TikTok" rəhbərliyi İŞİD-ə məxsus videoları şəbəkədən silməyə başlayıb. "TikTok" nədir?Dünyada yarım milyarddan çox istifadəçisi olan "TikTok", ən populyar şəbəkələr arasında ilk sırada qərararlaşıb. İstifadəçilər şəbəkə vasitəsilə 15 saniyəlik video görüntülər paylaşa bilir.
Qalereya
Oxşar xəbərlər
Dövlət idarəsini partlatmaq istəyən İŞİD-çilər belə yaxalandı – ƏMƏLİYYATDAN VİDEO
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi Tatarıstanın infrastruktur obyektlərinin birinə təşkil olunan terror aktının qrşısını al...