Şavkat Mirziyoyev İlham Əliyevi Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə dəvət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 2025-ci ildə ölkəsində keçiriləcək Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə fəxri qonaq qismində dəvət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu o, Bakıda Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib.
Qeyd olunub ki, o, Azərbaycan dövlət başçısını 2024-cü ildə Özbəkistana rəsmi səfərə dəvət edib.
Ş.Mirziyoyev 2024-cü ilin Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan edilməsini də təklif edib.
Görüş zamanı strateji tərəfdaşlıq səviyyəsində olan iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatı da müzakirə edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...