Şarl Mişel: "Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışlayıram"
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanda Aİ-nin monitorinq missiyasının yerləşdirilməsini alqışlayıb.
BAKU.WS xəbər verir ki, Şarl Mişel bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardınca monitorinq imkanlarının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram.
Bu, etimad inşasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”, - deyə o bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...