Şahzadə məhkəməni uduzdu - Təzminat ödəyəcək - FOTO

Şahzadə məhkəməni uduzdu - Təzminat ödəyəcək - FOTO
Siyasət 3

Şahzadə Harri məhkəməyə verdiyi "The Mail on Sunday" qəzetinə uduzub.

BAKU.WS xəbər verir ki, Londonda keçirilən məhkəmədə Harinin nəşrin ona şər-böhtan atdığı ilə bağlı yaydığı iddiaların əsassız olduğu ortaya çıxıb.

Ali Məhkəmə qərara alıb ki, Sussex hersoqu "The Mail on Sunday" qəzetinin (TMOS) hüquqi xərclərini ödəsin.

Məhkəmə hakimi onu da bildirib ki, əgər tərəflər müəyyən məbləğdə razılığa gələ bilmirlərsə, hüquqi xərclərin məbləği müəyyən edilməlidir, lakin Harry bu ilin sonuna qədər nəşrə ümumilikdə 48 min 447 funt sterlinq (təxminən 103 min 579 AZN) ödəməlidir.

Xatırladaq ki, Harry 2022-ci ildə "Daily Mail" və "The Mail on Sunday" qəzetlərinin ortaq şirkəti Associated Newspapers Ltd-ni (ANL) onun haqqında saxta xəbər tirajladığı iddiası ilə məhkməyə vermişdi.

Şahzadə məhkəməni uduzdu - Təzminat ödəyəcək - FOTO

Son xəbərlər