Şahzadə Diananın brilyant xaçı hərraca çıxarılır - FOTO

Mərhum Uels Şahzadəsi Diananın taxdığı məşhur bənövşəyi brilyant xaçı Sotheby's Royal və Noble illik kral daş-qaş hərracının satışının əsas obyekti olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə WWD (Women's Wear Daily) məlumat dərc edib.
1920-ci illərdə Garrard zərgərləri tərəfindən yaradılmış xaçın qiyməti 80-120 min funt-sterlinqdir. Xaçın brilyantlarının ümumi çəkisi təxminən 5,25 karatdır.
Şahzadə Diananın ölümündən sonra xaç heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib.
Hərrac yanvarın 6-dan 18-dək Londonda keçiriləcək.
Qeyd edək ki, Şahzadə bu zinət əşyasını 1987-ci ilin oktyabrında hamiləlik və doğuş zamanı qadınların hüquqlarını qorumaq üçün fəaliyyət göstərən "Birthright" xeyriyyə təşkilatının qala gecəsində taxıb.
Qalereya
Oxşar xəbərlər
Kraliça II Elizabetin qızılları kimə qalacaq? - FOTO
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet ölümündən sonra milyonlarla dollar dəyərində miras qoyub. BAKU.WS "New York Post"a istin...
