İsfahan həbsxanasında silahlı toqquşma olub - FOTO
İsfahan həbsxanasında silahlı toqquşma olub.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
“Naməlum şəxs polislə silahlı toqquşma zamanı öldürülüb”, - deyə İsfahan əyalətinin Delican şəhərinin polis rəisi, polkovnik Müctəba Cəmali həbsxananın qapısında baş verən atışma ilə bağlı bildirib.
“Dünən gecə naməlum şəxs və ya şəxslər avtomobillə İsfahan mərkəzi zindanının əsas qapısına atəş açıb və dərhal hadisə yerindən uzaqlaşıblar”, - deyə Cəmali əlavə edib.O, hadisə zamanı “Vinçester” və “Kalaşnikov” markalı silahlardan istifadə edildiyinə diqqət çəkib.
“Təqsirləndirilən şəxslərin başqa şəhərlərə qaçma ehtimalını nəzərə alaraq məsələ xüsusilə tərəfimizdən araşdırılır”, - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Ermənistanda Rusiya üstündə atışma: 2 hərbçi ölüb, 5 nəfər yaralanıb - FOTO
Ermənistanın Araqasotn rayonunda atışma olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir...