Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yandı: 20 ölü, 29 yaralı - VİDEO

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yandı: 20 ölü, 29 yaralı - VİDEO
Video
Siyasət 220

Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Məkkəyə gedən avtobusun qəzaya uğramasına əyləc sistemindəki nasazlıq səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürən göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Yerli mənbələr bildiriblər ki, qəzaya uğrayan avtobusdakı sərnişinlər Yəməndən olan ziyarətçilərdir.

Son xəbərlər