Sergey Lavrov: "İlham Əliyev 3+3 formatını irəli sürəndə bu ideyanı fəal şəkildə dəstəklədik”

Sergey Lavrov: İlham Əliyev 3+3 formatını irəli sürəndə bu ideyanı fəal şəkildə dəstəklədik”
Siyasət 106

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3+3 formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yol açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, - o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur.

Son xəbərlər