Sergey Lavrov: "Biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik".
Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Rusiya XİN-in rəhbəri deyib: “Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTO - YENİLƏNİB
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. BAKU.WS xəbər verir ki,...