Səngərdəcə paqonlar təqdim olunan erməni generalı məhv etdik - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı general-mayor Norayr Mirzoyan məhv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "haqqin.az" hərbi mənbələrinə istinadən məlumat yayıb.
Erməni generalla birgə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.
Qeyd edək ki, Dağlıq Qarabağda ordumuza qarşı döyüşən Norayr Mirzoyan adlı polkovnikə birbaşa döyüş mövqeyində general-mayor paqonları təqdim olunmuşdu. Ona general rütbəsini qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin rəhbəri" Kamo Aqacanyan təqdim etmişdi.
Oxşar xəbərlər
Qarabağdakı erməni ordusuna vurduğumuz ağır zərbəni sübut edən FOTO
Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı hərbi əməliyyatlar zamanı düşmənə vurduğu zərbələr Ermənistanı çıxılmaz vəziyyətə salıb. BAKU.WS xəbər verir ki,...