Seldən ziyan görənlər üçün 50 milyonluq resurs yaradıldı
13
iyl
2023
13:07
Türkiyədə seldən zərər görən əhalinin zəruri ehtiyaclarının qarşılanması üçün 50 milyon lirə vəsait ayrılıb.
BAKU.WS TRT haber-ə istinadən xəbər verir ki, bunu ölkənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş açıqlayıb.
Nazir bildirib ki, seldən zərər çəkmiş vilayətlərin təcili və əsas ehtiyaclarını ödəmək üçün 50 milyon lirəlik mənbə yaradılıb:
“Vətəndaşlarımızın öz evlərinə, normal həyatlarına dönməsi üçün bu resurslardan istifadə edəcəyik”.
Oxşar xəbərlər
14 ailə üzvünü itirən ata zəlzələdən 15 gün sonra qızını gördü - VİDEO
Türkiyə vətəndaşı Necati Özdemir zəlzələ zamanı ayrı düşdüyü qızını axtarmaq üçün aparıcı Müge Anlının verilişinə müraciət edib. BAKU.WS xəbər verir ki, onun q...