Selcuk Bayraktar: "Qardaş coğrafiyalarımızda milli texnologiyaların inkişafı üçün hər zaman bərabər olacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkiyədə əl-ələ verərək bütün çətinliklərin öhdəsindən gəlirik. Qardaş coğrafiyalarımızda tam müstəqil milli texnologiyaların da inkişafı üçün hər zaman birlik-bərabərlik içində olacağıq".
"Report"un Ankara bürosunun xəbərinə görə, bu fikirləri "Baykar" şirkətinin Texniki direktoru Selcuk Bayraktar Ankarada keçirilən "TEXNOFEST 2023" festivalında bildirib.
Onun fikrincə, sürətlə inkişaf edən texnologiyalardan elə şəkildə istifadə olunmalıdır ki, bu, ilk növbədə, insanlığa xidmət etsin.
"Mənəvi dəyərlərimizə söykənib texnologiyanı elə şəkildə irəlilətməliyik ki, əxlaqi dəyərlərimizi unutmayaq, süni intellektin girdabına düşməyək. "TEXNOFEST"də reallaşdıracağımız hər bir layihədə, ilk növbədə, bu amili rəhbər tutmalıyıq", - deyə Selçuk Bayraktar qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...