Səhvən başqa qapının zəngini çaldı, silahla başından vuruldu - FOTO
ABŞ-də qaradərili yeniyetmə qapının zəngini səhv basdığı üçün ev sahibi tərəfindən iki dəfə güllələnib və xəstəxanaya aparılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra həftə sonu Missuri ştatının Kanzas-Siti şəhərində etirazlar başlayıb.
Məlumata görə, 16 yaşlı Ralf Yarl adlı oğlan, aprelin 13-də ailəsi tərəfindən qardaşlarını dostunun evindən götürməyə göndərilib, lakin yeniyetmə səhv ünvanın qapısını döyüb.
Ev sahibi Yarlı qapısında gördükdən sonra silahdan atəş açıb. Yeniyetmənin ailəsinin və vəkillərinin sözlərinə görə, o, başından güllə yarası alıb.
O da bildirilib ki, polis ev sahibini həbs etdikdən sonra sərbəst buraxıb. Lakin etirazların ardından prokurorlar 84 yaşlı Endryu Lesteri birinci dərəcəli hücum və silahla cinayət törətməkdə ittiham ediblər.
Hazırda yeniyetmənin vəziyyətinin yaxşılığa doğru getdiyi, onun müalicəsinin evdə davam etdirildiyi qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEO
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə ov tüfəngi ilə güllələnib. BAKU.WS xəbər verir ki, sinəsindən yaralanan Şinzo xəstəxan...