Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinn "X" sosial media hesabında paylaşım edilib.
"Karlonun bu həftə həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini və Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviqi istiqamətində ortaq öhdəliyimizi bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.
Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzuru ziyarəti çərçivəsində regionda səfərdə olub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...