Səfir: "Türkmənistan qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir".
BAKU.WS xəbər verir ki, bu sözləri Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
Azərbaycan-Türkmənistan münasibətlərinin həm də strateji xarakter daşıdğını qeyd edən səfir bildirib: “Qarşılıqlı səfərlər, ayrı-ayrı sahələr üzrə imzalanmış sənədlər, həm də həyata keçirilmiş bir çox layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayır. Siyasi, iqtisadi sahələrdə qarşılıqlı faydalı işlər görülüb. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə faydalı işlər icra edilir. Biz bu işlərlə fəxr edirik”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...