Səfir: "Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir"

Səfir: Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir
Siyasət 472

“Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bu da prezidentlərimiz arasındakı işgüzar tərəfdaşlıq münasibətləri ilə şərtlənir. İki ölkənin xarici işlər nazirlikləri, səfirlikləri arasında yaxın təmaslar var. Qarşıya çıxan bütün problemləri dostca, tərəfdaş kimi yoluna qoyuruq. Hər bir problemi açıq danışırıq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı bildirib.

“İqtisadi gündəmə dair deyə bilərəm ki, 2018-ci ildə Soçidə hər iki prezidentin də iştirakı ilə 18-dən artıq iqtisadi sənəd imzalanıb. İqtisadi inkişaf sahəsinə dair belə həcmdə hüquqi baza heç bir başqa MDB ölkəsi ilə yaradılmayıb”, - səfir qeyd edib.

Səfir əlavə edib ki, münaqişənin qaynar mərhələsi indicə başa çatıb. Öz yurd-yuvalarından didərgin salınanların hamısı geri qaytarılacaq: “İnsanlar tezliklə doğma diyara qayıtmaq istəyir. Lakin bunun üçün müvafiq infrastruktur qurulmalı, hakimiyyət orqanları yaradılmalıdır, bu da asan məsələ deyil.

Əminəm ki, vaxtilə orada yaşayanlar məmnuniyyətlə geri qayıdarlar. Dünyasını dəyişənlərin isə övladları, nəvə-nəticələri artıq böyüyüb və dədə-baba yurduna qayıtmaq üçün səbirsizliklə məqam gözləyirlər”.

Son xəbərlər