Səfir: Minalar köçkünlərin Qarabağa və Şərqi Zəngəzura qayıtması üçün başlıca maneədir

4 aprel tarixində dünya ictimaiyyəti 2005-ci ildə BMT Baş Assambleyasının təsis etdiyi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününü qeyd edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Hindistan və Nepaldakı səfiri Elçin Hüseynli "Nepalkhaber"də dərc olunmuş məqaləsində bu tarixin hərbi münaqişələrin ən amansız miraslarından biri olan piyada əleyhinə minalara və partlamamış sursatlara qarşı mübarizədə səyləri birləşdirməyə çağırdığını qeyd edib.
Diplomat vurğulayıb ki, Azərbaycan üçün bu problem xüsusilə aktualdır. "Landmine Monitor"un məlumatına görə, ölkə dünyada ən çox mina ilə çirklənmiş dövlətlər sırasındadır - təxminən 1,5 milyon quru mina respublika ərazisinin 13 %-dən çoxunu təhdid edir. 1991-ci ildən etibarən Ermənistan hərbi qüvvələri həm Qarabağ bölgəsini, həm də Azərbaycanın yeddi ətraf rayonunu sistemli şəkildə minalayıb.
"Bu görünməz müharibənin səbəb olduğu olduğu insan itkisi sayı qorxuncdur: İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ilin noyabrından bəri dərhal başladılmış genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatlarına baxmayaraq, Azərbaycanın 397 mülki vətəndaşı mina qurbanı olub və ya ağır yaralanıb. 1991-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasından bəri 3400-dən çox azərbaycanlı mina qurbanı olub, onlardan 362-si uşaq, 38-i qadındır", - E.Hüseynli qeyd edib.
Onun sözlərinə görə, minalama prosesinin İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra da davam etməsi xüsusi narahatlıq doğuran faktdır. 2022-ci ildə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında yerləşdirilmiş 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal edilib. Bütün bunlar Ermənistanın guya quru minalar istehsal və ixrac etmədiyi barədə uzun illərdir verdiyi bəyanatları təkzib edib.
E.Hüseynli həmçinin vurğulayıb ki, mina sahələrinin dəqiq xəritələrinin olmaması da vəziyyəti çətinləşdirir.
Oxşar xəbərlər
"Ekspo 2025"də Azərbaycan Milli Günü təşkil olunub
Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə Yaponiyanın "Ekspo 2025" ü...
