Səfir: İsrail Azərbaycanla sosial sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Azərbaycanla sosial sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" hesabında yazıb.
Paylaşımda həmçinin qeyd olunur ki, diplomat bu gün İsrailin təşəbbüsü ilə 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışında iştirak edib.
"İsrail Dövləti Azərbaycanla bütün sahələrdə mövcud olan münasibətlərdən qürur duyur. Biz əməkdaşlığımızı, xüsusilə sosial rifah və icma dəstəyi sahələrində daha da gücləndirməyə sadiqik", - Kraus yazıb.
Bu gün İsrail Dövlətinin Bakıdakı Səfirliyi və İsrailin Regional Əməkdaşlıq Nazirliyinin birgə təşəbbüsü ilə 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışında iştirak etmək bizim üçün böyük şərəf oldu.
— Israel in Azerbaijan (@IsraelinAZ) December 24, 2025
Yenilənmiş bu məkan şagirdlərə musiqi… pic.twitter.com/ToN6bL7fWF
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...