Səfir Elin Süleymanov Şotlandiya parlamentinin sədri ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Şotlandiya parlamentinin sədri Elison Constonla görüşüb.
Bu barədə ölkəmizin Böyük Britaniyadakı diplomatik nümayəndəliyinin feysbuk hesabında paylaşım edilib.
"Səmimi qəbula görə Şotlandiya parlamentinin sədri Elison Constona təşəkkür edirik.
Azərbaycan və Şotlandiya arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq imkanını yüksək qiymətləndiririk.
Şotlandiya parlamentinin üzvləri ilə görüşdən və Şotlandiya Parlamentinin işi ilə tanışlıqdan məmnun olduq", - deyə paylaşımda qeyd edilib.
"Şotlandiyalı dostlarımıza qonaqpərvərliyə, gözəl ideyalara görə təşəkkür edirik. Azərbaycanla Şotlandiya arasındakı möhkəm dostluğa görə dərin minnətdarlığımızı bildiririk.
Biz Fuad Ələkbərov və Nara Morrisona Şotlandiyada Azərbaycan icmasını yüksək səviyyədə təmsil etdiklərinə görə xüsusi təşəkkür etməliyik", - deyə daha sonra vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...