Səfir: "COP29 və COP30-a Azərbaycanla Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir"
"COP29 və COP30-a Azərbaycanla Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir".
"Report" xəbər verir ki, bu barədə səfir Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Heydər Əliyevin 100 illiyinə həsr olunan "Azərbaycan kitabı"nın təqdimat mərasimində deyib:
"İki ölkə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının məqsədlərinə çatmaqda böyük təşviqatçı rolunu oynayacaq.
COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaqla bağlı üçlü rolunu oynayacaqlar", - səfir qeyd edib.
Oxşar xəbərlər
Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib - FOTO/VİDEO - YENİLƏNİB
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iş...