Səfir: "Azərbaycan və Rusiya seçkilərindən sonra iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyini gözləyirik"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin inkişafına hər iki ölkədə keçirilən prezident seçkilərinin nəticələri təkan verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
O qeyd edib ki, martda Rusiyada keçiriləcək prezident seçkiləri fonunda Azərbaycanda keçirilən seçkilər kampaniyası seçki proseslərinin təşkili sahəsində təcrübə mübadiləsinə kömək ola bilər.
“Mən tam əminəm ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri dəyişməyəcək, əksinə, daha da inkişaf edəcək. Sadəcə olaraq, həm Azərbaycanda, həm də Rusiyadakı seçkilərin nəticələrini gözləmək lazımdır. Biz bundan sonra da müttəfiqlik əlaqələrimizi gücləndirmək üçün çalışacağıq”, - diplomat vurğulayıb.
P.Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycan vətəndaşlarının növbəti 7 il ərzində seçəcəkləri liderə bu gün səs verə bilmələri üçün bütün imkanlar yaratdığına görə təşəkkür edib: “Mən Rusiyaya da seçkiləri böyük uğurla keçirməyi arzulayıram”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...