Səfir: ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.
"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.
Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...