Səfərbərliyə çağırılan rusiyalı özünü yandırdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Rusiyanın Ryazan bölgəsində Mərkəzi avtovağzalda səfərbər olunanlardan biri özünü yandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazır.
Hadisə şahidlərindən biri jurnalistlərə bildirib ki, səfərbər olunan şəxs Ukraynaya döyüşmək üçün getmək istəmir.
“O, avtobusların olduğu küçədə dayanmışdı və Ukraynada xüsusi əməliyyatda iştirak etmək istəmədiyini qışqırdı. Bütün paltarlar yanmağa başladı. Polis qaçaraq onu arxa otağa apardı. Yanan şəxs daha sonra təcili yardıma təhvil verildi”, - deyə hadisə şahidi bildirib.
Vəziyyətlə tanış olan mənbələrin bildirdiyinə görə, kişinin səhhəti yaxşıdır, yanğının səbəbi isə hələlik müəyyən edilməyib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...