Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

13
fev
2023
11:12
Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:
Allahverdiyeva Amaliya Kərim qızı
İsmayılova Ruhiyyə Həsən qızı
Məmmədova Elnara Xasay qızı
Rüstəmov Rövşən Rüstəm oğlu
Valehov Ceyhun Ağanəzər oğlu.

Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...