Sədrin müşaviri təyin edilən Ziya Əliyev kimdir? - DOSYE

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev qurumun sədrinin müşaviri təyin edilib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Ziya Zəfər oğlu Əliyev 1977-ci ildə – Masallı rayonunda anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlayıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləyib.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləyib.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifəsində işləyib.
2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində "İqtisadi siyasət" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
2012–cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2013-cü ilin yanvar ayından 2025-cü ilin fevral ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.
2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.

Oxşar xəbərlər
Başlıbel qətliamından 32 il ötür
Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 32 il ötür. 1...