Sədr: “Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ vəkilləri qane etmir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Son vaxtlar cəmiyyətdə və müəyyən dövlət qurumlarında dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödəniləcək məbləğin azlığı ilə bağlı müzakirələr gedir”.
“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, 2018-ci ilədək bu ödəniş 1 saat üçün 100 manat təşkil edirdi:
“2018-dən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, bu məbləğ 3 dəfə artırıldı. Amma 2018-dən bu yana heç bir artım müşahidə olunmayıb. Vəkillər Kollegiyasının mövqeyi ondan ibarətdir ki, hər saata görə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ kifayət etmir. Bu məbləğ artırılmalıdır.
Bəzi şəxslər elə hesab edir ki, dövlət hesabına göstərilən hüquqi yardımlar vəkillərin vəzifəsidir. Bəli, vəkillər bu vəzifəni layiqincə yerinə yetirir. Amma, beynəlxalq standartlara görə, bazar şəraitinə uyğun məbləğin ödənilməsini dövlət həyata keçirir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...