Seçki bülletenləri zibilə atıldı - 1750 seçicisi olan məhəllə muxtarsız qaldı - FOTO

Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkilər zamanı hər kəsi təəccübləndirən hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Edirnedə Umurbey Məhəlləsi sakinlərinin səsverməsi üçün Selimiye Peşə və Texniki Anadolu Liseyi seçki məntəqəsi təyin edilib.
Məhəllənin sakinləri burada səs verdikdən sonra 5 qutuda olan seçki bülletenləri açılıb və hesablanıb. 6-cı qutudakı bülletenlər isə çıxarılaraq pəncərə kənarına qoyulub. Təmizlikçi qadın zərflərin zibil olduğunu zənn edib və onları atıb.
Bununla da 1750 sakinin yaşadığı məhəllədə muxtar seçilməyib. Vəziyyət seçki məntəqsində xaosa səbəb olub.
Təcili olaraq Edirne Şəhər Seçki İdarəsinə məlumat verilib. Bununla bağlı araşdırmalara başlanılıb.
Məhəllənin hazırki muxtarı Turhan Özgün özünün cəmi 343 səs yığdığını, rəqibinin isə 202 səs yığdığını qeyd edib.
O zibilliyə atılan səslər nəticəsində seçki nəticələrinin ləğv olunduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, bu seçkilərdə Türkiyənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyənləşib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB - 2
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb. "Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 fai...
