Şavkat Mirziyoyev Azərbaycanın məşvərət görüşlərinə qoşulmasını yüksək qiymətləndirib
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına qoşulması qarşılıqlı əlaqəni keyfiyyətcə yeni makroregional səviyyəyə çıxarır.
BAKU.WS report-a istinadən xəbər verir, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Mərkəzi Asiya-Azərbaycan" qeyri-rəsmi məşvərət görüşündə bildirib.
"Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirəcək vahid inkişaf məkanı formalaşdırmaq üçün tarixi imkan açılır. Bu məqamdan tam şəkildə istifadə etmək və Avrasiyanın düz mərkəzində davamlı inkişaf, qarşılıqlı əlaqəlilik və mehriban qonşuluq üçün birgə səylərlə möhkəm əsaslar yaratmaq lazımdır", - o bildirib.
Prezident xatırladıb ki, hazırkı görüş Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin 35 illiyinin qeyd olunması ərəfəsində keçirilir: "Bu illər ərzində hər bir respublika dövlətçiliyin təşəkkülü, iqtisadi yüksəliş və milli dirçəlişin öz unikal yolunu keçib. Birgə səylər sayəsində Mərkəzi Asiya ümumi inkişaf məqsədi naminə birləşir. Bununla yanaşı, mürəkkəb və gözlənilməz reallıq bizdən qətiyyətli addımlar və daha sıx koordinasiya tələb edir".
Ş.Mirziyoyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya təhsil, elm və innovasiya üzrə rəqabətədavamlı haba çevrilməlidir. O bildirib ki, buna tam infrastrukturun yaradılması vasitəsilə nail olmaq mümkündür.
Eyni zamanda, Ş.Mirziyoyev iqlim dəyişikliyinə qarşı birgə həll yolu tapmağa çağırıb və əlavə edib ki, anomal istilər iqtisadiyyata və sağlamlığa təsir göstərən amilə çevrilir.
Oxşar xəbərlər
İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki,...