Şarmazanovun şoku: "Türk Ermənistanı" ritorikasının gizlinləri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Şarmazanovun şoku: "Türk Ermənistanı" ritorikasının gizlinləri adlı veriliş hazırlanıb.
"Report" xəbər verir ki, verilişdə Ermənistanda revanşist qüvvələrin fəallaşmasından, İrəvanda keçirilən mitinqin səhnə arxası və əsas tezislərindən bəhs edilir.
Qeyd olunur ki, İrəvanda "artsax" sayıqlaması bas verir: "Hakimiyyətin sülh gündəliyi yeni müzakirələr yaradır. Nikol Paşinyan "reallıq testi", xəritə, Konstitusiya dəyişikliyi və siyasi risklər edir. İrəvanda "türk Ermənistanı" ritorikası dolaşır. Ermənistan-Azərbaycan sülh müqaviləsi, Qarabağ mövzusu istismar edilir. Siyasətdə retrosevərlər yaranıb. Revanşistlər deyirlər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu gün Qarabağda sakitlik yalnız orada artıq ermənilər olmadığı üçündür. Eçmiədzin erməni kimliyini itirir, İrəvan isə Azərbaycan müftisinin ruhani mərkəzinə çevrilir. İrəvanda türklər yaşayacaqlar, ermənilər isə onların qulluqçularına çevriləcək və ayaqqabılarını yalayacaqlar. Nikol artıq ərazilərin yarısını Azərbaycana verib. O, müxalifəti və kilsəni dağıtsa, Konstitusiyanı dəyişsə, Azərbaycan sülh müqaviləsini imzalamağa razılaşacaq. Türklərlə sülh içində yaşamağın mümkün olduğunu düşünmək sadəlöhvlükdür".
Hakim partiyanı təmsil edən erməni deputatların sözlərinə görə isə Azərbaycan Prezidenti İlham Əliyev müdrik yolu – sülh yolunu seçdi: "İrəvanda özlərinə gözəl yer edən keçmiş "qarabağlı" məmurlar arzularına çatmadılar. Müxalifət Qarabağ məsələsini istismar etməklə diasporanı sonsuz olaraq "sağmaq" istəyir. "Ermənistan dənizdən dənizədək idi" kimi yersiz bəyanatlardan qurtulmalıyıq".
Sonda vurğulanır ki, Paşinyanın tərəfdarları Ermənistan ictimai rəyində kifayət qədər ağrılı olan bu mövzu üzrə öz mövqelərini müəyyənləşdirib ifadə etməli olacaqlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Veriliş oktyabrın 8-də saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.
Oxşar xəbərlər
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. BAKU.WS xatırladır ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun...
