Samir Şərifov: Azərbaycan və ABŞ enerji sahəsində güclü əməkdaşlıq qurub
Azərbaycan terrorizmə və qlobal təhdidlərə qarşı mübarizədə ABŞ ilə səmərəli əməkdaşlıq edir, bundan əlavə, enerji sektorunda güclü əməkdaşlıq qurulub.
“Report” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
“Azərbaycan noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir”, - nazir bildirib.
O qeyd edib ki, Azərbaycan eyni zamanda ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirir.
S.Şərifov əlavə edib ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpası, reinteqrasiya və regional kommunikasiyaların bərpasında ABŞ-dən dəstək gözləyir.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...