Samir Nuriyev Efiopiyanın XİN başçısını WUF13-ə hazırlıq işləri barədə məlumatlandırıb

Samir Nuriyev Efiopiyanın XİN başçısını WUF13-ə hazırlıq işləri barədə məlumatlandırıb
Foto
Siyasət 44

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 27-də Efiopiyanın xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, S.Nuriyev Prezident İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlət başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.

S.Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.

G.T.Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya təşkilati-logistika və substantiv dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış "BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32) təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun əhəmiyyəti vurğulanıb.

Həmçinin 2026-cı ildə Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Son xəbərlər