Sahil Babayev məşhur Xalq artistinin oğlunu işdən çıxardı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlunu işdən çıxarıb.
BAKU.WS "manset.az"-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifədən azad olunub. O, açıqlamasında məlumatı təsdiq edib.
"Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalışmışam".
Qeyd edək ki, Babək Mahmudov Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) oğludur.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...