Sahibə Qafarova: “Tehrandakı səfirliyə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edərkən deyib.
O, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib.
Bu terror aktına görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyən spiker bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi.
"Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik", - spiker bildirib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...