Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb, Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Qazaxıstan Prezidenti qeyd edib ki, TÜRKPA ölkələrimin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir və onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə olunmalıdır.
Ötən il Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirdiyini xatırladan Prezident Kasım-Jomart Tokayev bu müddətdə görülmüş işlər barədə məlumat verib.
Qazaxıstan Prezidenti Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində TÜRKPA-nın rolunu qeyd edərək vurğulayıb ki, müasir çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Dövlət başçısının sözlərinə görə, Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə və xalq diplomatiyasına xüsusi önəm verir. TÜRKPA əməkdaşlığı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilat və unikal bir qurumdur. Bu təşkilat çərçivəsində birgə fəaliyyətin böyük əhəmiyyəti var.
"Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tam dəstəkləyir. Biz həmrəyliklə bu çətin dövrləri uğurla geridə qoyacaq və iqtisadiyyatlarımızın inkişafına güclü təkan verəcəyik", - deyə Kasım-Jomart Tokayev bildirib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan regional təhlükəsizliyi müzakirə edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cənab Viktor Mahmu...
