Sahibə Qafarova Kambocaya səfər edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən xəbərə görə, Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə, Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində nümayəndə heyətimiz burada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.
Milli Məclisin sədrinin Kamboca Krallığının rəsmiləri və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...